Vidadi İsgəndərlinin qətlini kim sifariş edib? – Sensassion adbackend

Vidadi İsgəndərlinin qətlini kim sifariş edib? – Sensassion ad

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AXCP-də olan dostlar, dost olmayanlar yəqin bir az utanacaqlar. Biz bilirik ki, Vidadi İsgəndərlini mənim üstümə sürdürənlər onlar idi. Bu çox aydın üzə çıxdı. Nə yazıq ki, Vidadi İsgəndərlinin son videoları hakimiyyətə qarşı yox, mənə və digərlərinə həsr olunmuşdu.

NOCOMMENT.az  Globalinfo.az-a istinadla xəbər verir ki, bu sözləri Osmanqızı TV-nin rəhbəri, ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızı bildirib.

O, Yutub üzərindən yayımladığı proqramda AXCP və dolayısı ilə Əli Kərimli haqda sərt ittihamlar səsləndirib. Fransada yaşayan, bir neçə gün öncə naməlum şəxslər tərəfindən öldürülən Vidadi İsgəndərlini qızışdırıb onu söydürdüyünə görə Xalq Cəbhəsinin rəhbərliyi haqda qınayıcı sözlər işlədib. Həmçinin çox sərt və açıq formada Əli Kərimlini söyüş müxalifətinin əsas ideyavericisi kimi təqdim edib.

S.Osmanqızı deyib ki, onu Vidadi İsgəndərlinin vasitəsilə AXCP rəhbərliyi söydürüb. Jurnalistin sözlərinə görə, bunu V.İsgəndərlinin öldürülməsində iz itirmək üçün ediblər. O bildirib ki, indi də belə təbliğat aparılır ki, Vidadi İsgəndərlini guya o öldürdüb:

“AXCP-nin bunda marağı nə idi? Onlar bu prosesdə rol almışdılarmı? Bilirdilər ki, onlardan istifadə olunur? Yoxsa bundan xəbərsiz idilər?”