Vidadi Muradovun 30 milyonluq əmlakı ilə bağlı QƏRAR VERİLDİbackend

Vidadi Muradovun 30 milyonluq əmlakı ilə bağlı QƏRAR VERİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərxalça” ASC-nin sabiq sədri, ev dustaqlığında olarkən dünyasını dəyişən Vidadi Aydın oğlu Muradovun əmlaklarının üzərinə qoyulan həbsin götürülməsilə bağlı məhkəmə prosesi keçirilib.

NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə kassasiya şikayəti təmin edilməyib. Ali Məhkəməyə daxil olan şikayətdə bazar dəyəri 10 milyon manatdan çox olan əmlakların müsadirə edilməsi ilə bağlı qərarın ləğvi, cinayət işinin bu hissədə yeni apellyasiya baxışına qaytarılması xahiş olunub. Həmin əmlaklara mərhum Vidadi Muradova məxsus ev və “Azər-İlmə” MMC-nin səhm payları və aktivləri daxildir. V.Muradovun 30 milyonluq əmlak dövlət nəfinə keçib.

Qeyd edək ki, Vidadi Muradov 2021-ci ilin yanvarında həbs edilib. Həmin ilin sentyabrında məhkəməsi başlasa da, səhhəti ilə bağlı məhkəmə proseslərini keçirmək mümkün olmayıb. Onkoloji xəstəlikdən əziyyət çəkən V.Muradov oktyabrın 30-da ev dustaqlığına buraxılıb, noyabrın 5-də isə 65 yaşında evində vəfat edib.

V.Muradov Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurdu. O, vəzifədə olduğu müddətdə 3.5 milyon manat vəsaiti mənimsəməkdə şübhəli bilinirdi. Məhkəmə V.Muradovun 30 milyon manatlıq əmlakına həbs qoyub.

Xatırladaq ki, Vidadi Muradovun oğlu Cavid Muradov Mingəçevir şəhər Polis Şöbəsi, Səbail Rayon Polis İdarəsinin rəisi işləyib. Hazırda isə Sabunçu Rayon Polis İdarəsinin rəisidir.