VİDEO QALMAQAL: Ölkədə yeni istefalar gözlənilir – VİDEObackend

VİDEO QALMAQAL: Ölkədə yeni istefalar gözlənilir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Nazirin iştirakı ilə montaj olunmuş qalmaqallı videodan sonra Ermənistanın İctimai Televiziyasinin rəhbərliyində istefalar dalğası davam edib. Bu gün saat 12:00-da Televiziya və Radio üzrə Milli Komissiyanın iclası planlaşdırılıb. Deyilənlərə görə, iclasdan sonra ciddi kadr dəyişiklikləri elan olunacaq.

NOCOMMENT.az dünən axşam kanalın icraçı direktoru Marqarita Qriqoryanın istefası barədə xəbər vermişdi. Səhər məlum olub ki, istefasından əvvəl Qriqoryan texniki şöbənin rəhbəri Vardan Hakobyanı işindən uzaqlaşdırıbmış.

Erməni mediasının xəbərlərinə görə, İctimai Televiziya və Radio Şirkətinin İdarə Heyətinin sədri Ara Şirinyan, kanalın proqram direktoru Tereza Kərimyan, ictimaiyyətlə əlaqələr və xarici əlaqələr şöbəsinin müdiri Tiqran Danielyan, insan resursları departamentinin direktoru Nazeli Nikoqosyan, xəbərlər və təhlil pProqramları redaksiyasının başçısı Petros Kazaryan da istefa barədə ərizə yazıblar. Onların istefa məsələsi bugünkü iclasdan sonra həll olunacaq. İclasdan sonra İTV-yə müvqəqqəti icraçı direktorun təyin olunacağı da istisna edilmir.

Bir daha xatırladaq ki, qalmaqala səbəb Paşinyanın İTV-nin efirində xalqa müraciətinə hazırlıq zamanı çəkilmiş kadrların montajlanaraq ictimaiyyətə sızdırılması olub. Həmin videonu bir daha nəzərinizə çatdırırıq: