Viktor Orban: “2022-ci ildə Tramp prezident olsaydı, Avropada müharibə olmazdı”backend

Viktor Orban: “2022-ci ildə Tramp prezident olsaydı, Avropada müharibə olmazdı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən seçilərsə, Ukraynadakı münaqişəni dayandırmağa qadirdir.

NOCOMMENT.az xəbər verir ki, o, bu barədə “Le Point” nəşrinə müsahibəsində danışıb.

“Mənim şəxsi əminliyim odur ki, ABŞ prezidentinin adı 2022-ci ilin fevralında Donald Tramp olsaydı, Avropada müharibə olmazdı”, – deyə Orban bildirib.

O qeyd edib ki, Tramp müharibəni dayandıracaq qədər güclü liderdir.

“Dünyada sülhün bir adı var: Donald Tramp”, – deyə Orban əlavə edib.