Viktor Orban: AB Ukraynada münaqişənin tərəfi ola bilməzbackend

Viktor Orban: AB Ukraynada münaqişənin tərəfi ola bilməz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan Avropa İttifaqının Ukraynada münaqişənin tərəfi olduğunu hesab edə bilməyəcəyini vurğulayır, baxmayaraq ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen belə bəyanatlar verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban parlamentdə çıxışı zamanı bildirib, məlumatı RİA Novosti yayıb.

“Macarıstan heç kəsə onun adından müharibə aparmaq hüququ verməyib. Macarıstan Avropa İttifaqının üzvüdür. O, heç kimlə müharibə aparmır, deməli, AB də müharibə apara bilməz”, – deyə Orban qeyd edib.

Macarıstan baş naziri həmçinin Ukraynanın Avropa İttifaqına qəbulunun zəruri olmadığını, əks halda bu addımın AB-ni münaqişəyə cəlb edəcəyini bildirib. Onun sözlərinə görə, vəziyyətin hərbi həlli yoxdur – yalnız diplomatik yol mümkündür və Macarıstan Rusiya ilə Avropa arasında danışıqların başlanmasını təklif edir.

“Gəlin Avropanın taleyinin yenidən bizsiz müəyyən olunmasına imkan verməyək”, – Orban əlavə edib.