Ukrayna hələ Avropa İttifaqına daxil olmağa hazır deyil, Aİ isə onu öz sıralarına qəbul etməyə hazır deyil.
NOCOMMENT.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban slovakiyalı həmkarı Robert Fiko ilə danışıqlardan sonra deyib.
“Avropa İttifaqının Ukraynanı qəbul etməyə pulu yoxdur. Biz öz ölkəmizi məhv etmək istəmirik”, – deyə o, Macarıstanın M1 telekanalının yayımladığı mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ukraynanın Aİ-yə daxil olması Macarıstan da daxil olmaqla, icma ölkələri üçün əlavə xərclərə gətirib çıxaracaq və onların iqtisadiyyatına düzəlməz ziyan vuracaq.