Viktor Orban: “Macarıstan Ukraynadakı münaqişəyə müdaxilə etməyəcək”backend

Viktor Orban: “Macarıstan Ukraynadakı münaqişəyə müdaxilə etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Budapeşt Ukrayna münaqişəsinə heç kimin tərəfində müdaxilə etmək niyyətində deyil.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Zoltan Kovaç “X” sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində məlumat verib.

“Baş nazir vurğuladı ki, nə qədər milli hökumət var, Macarıstan heç bir tərəfdən Ukraynadakı münaqişəyə qarışmayacaq”, – deyə dövlət katibi bildirib.

Bundan əvvəl Orban bildirmişdi ki, Ukrayna artıq suveren dövlət sayıla bilməz, çünki o, Qərbin köməyindən asılıdır. Onun sözlərinə görə, Aİ və ABŞ-dan pul və silahlar olmasa, “Ukrayna bir dövlət olaraq çətinliklə yaşaya bilər”.