Viktor Orban: NATO-nun Rusiyayla münaqişəsi Üçüncü dünya müharibəsinə səbəb ola bilərbackend

Viktor Orban: NATO-nun Rusiyayla münaqişəsi Üçüncü dünya müharibəsinə səbəb ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın baş naziri Viktor Orban NATO-da alyansla Rusiya arasında istənilən münaqişənin üçüncü dünya müharibəsinə səbəb olacağına inanan çoxluğun formalaşdığını açıqlayıb

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.

“Buna görə də, əgər NATO Ukrayna tərəfində münaqişəyə müdaxilə etsə, Üçüncü dünya müharibəsi riski yaranacaq. Əgər NATO Ukraynanı qəbul edərsə, Rusiya ilə davamlı münaqişə vəziyyətində olacaq ki, bu da Üçüncü dünya müharibəsinin davam edən təhdidini yaradır. Ona görə də, bundan qaçınmaq lazımdır,” – deyə Macarıstanın baş naziri TV2 kanalında bildirib.