Viktor Orban: Rusiya-Ukrayna müharibəsində heç kim qalib gəlməyəcəkbackend

Viktor Orban: Rusiya-Ukrayna müharibəsində heç kim qalib gəlməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Rusiya-Ukrayna müharibəsində heç kim qalib gələ bilməz, ona görə də atəşkəs və ondan sonra sülh danışıqlarının mümkün qədər tez başlamasına ehtiyac var.

NOCOMMENT xəbər verir ki, Macarıstanın dövlət radiosu Kossuth Radiosunda danışan Orban, “Rusiya müharibədə qalib gələ bilməz, çünki Qərb Ukrayna üçün o qədər çox silah, enerji və pul səfərbər edir ki, belə bir gücə qarşı açıq hərbi qarşıdurmada qalib gəlmək mümkün deyil” dedi.

Hər keçən gün daha çox müharibəyə sürükləndiyi üçün Ukraynaya yardım edərkən Avropanın sərhədləri çəkməməsinin yanlış olduğunu müdafiə edən Orban, Ukrayna ərazisinə sülhməramlı qüvvələrin göndərilməsi təklifinin tezliklə gündəmə gələ biləcəyini söylədi. .Macarıstanın NATO üzvü, NATO-nun isə müdafiə ittifaqı olduğunu qeyd edən Orban, NATO-ya üzv ölkələrin NATO xaricində hərbi müdaxilə edə biləcəyini, lakin iştirak etmək istəməyən digər üzvlərin buna məcbur edilə bilməyəcəyini qeyd edib.