Viktor Orban: Rusiya-Ukrayna münaqişəsinin hərbi həlli yoxdurbackend

Viktor Orban: Rusiya-Ukrayna münaqişəsinin hərbi həlli yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukrayna üzərində hərbi üstünlüyünü saxlayır, Rusiya Federasiyasının tərəfində qalmaqda davam edəcək, lakin eyni zamanda, Ukrayna münaqişəsinin hərbi həlli yoxdur, ona görə də danışıqlar yolu ilə həll edilməlidir.

NOCOMMENT.az xəbər verir ki, bunu Bunu Macarıstanın baş naziri Viktor Orban Kossuth radiostansiyasının proqramında deyib.

“NATO müharibə istəmir, müharibəyə girməyəcək. Rusiyanı hərbi yolla diz çökdürmək mümkün olmadığı üçün atəşkəsə nail olmaq lazımdır”, – deyə Macarıstan hökumətinin başçısı bildirib.

Orban “sülh prosesinin zəruri olduğunu” vurğulayıb. O xatırladıb ki, Macarıstan ardıcıl olaraq atəşkəs və Ukrayna böhranı ilə bağlı danışıqların başlanmasının tərəfdarı olub. Aparıcı Qərb ölkələri, o cümlədən Fransa və Almaniya məsələnin hərbi yolla həllinə ümid edərək fərqli mövqedən çıxış edirlər.