Vilayət Eyvazov baş leytenantı rəis TƏYİN ETDİbackend

Vilayət Eyvazov baş leytenantı rəis TƏYİN ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

NOCOMMENT xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş leytenantı Cavid Məmmədov vəzifəsindən azad edilərək, Ağcabədi Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinə rəis təyin olunub.