Vilayət Eyvazovdan yeni təyinatbackend

Vilayət Eyvazovdan yeni təyinat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Şəhər Baş Polis İdarəsində yeni təyinat olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general – polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Nazirin əmri ilə Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) şöbə müdiri, polis polkovnik-leytenantı Niyaməddin Qasımov tutduğu vəzifədən azad olunaraq Gəncə Şəhər Baş Polis İdarəsi rəisinin birinci müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Gəncə Şəhər Baş Polis İdarəsi rəisinin birinci müavini, polis polkovnik-leytenantı Çingiz Aslanov vəzifəsindən azad olunaraq Balakən Rayon Polis Şöbəsinin rəisi təyin edilib.
Yenisabah