Vilayət Eyvazovdan yeni təyinatbackend

Vilayət Eyvazovdan yeni təyinat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsinə yeni rəis təyin edilib.

NOCOMMENT-in qafqazinfo-ya istinadən məlumatına görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə polis mayoru Müşviq Əliyev Goranboy rayon Yol Polisi Şöbəsinə rəis təyin olunub.

M.Əliyev bu təyinata kimi Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) DYP bölməsinin rəisi vəzifəsində çalışıb.

Goranboy DYP-ın əvvəlki rəisi Emin Musayev bir neçə gün bundan əvvəl Bərdə RPŞ DYP bölməsinin rəisi təyin edilib.