Vilayət Eyvazovdan yüksək vəzifəyə TƏYİNATLARbackend

Vilayət Eyvazovdan yüksək vəzifəyə TƏYİNATLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beyləqan və Yevlaxa yeni polis rəisləri təyin edilib.

NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, Binəqədi RPİ-nin rəis müavini, polis polkovniki Ceyhun Qurbanov Beyləqan RPŞ-nin rəisi vəzifəsinə təyin edilib.

Nazirin digər əmri ilə Beyləqan RPŞ rəisi, polis polkovniki Rüstəm Cəfərov Yevlax RPŞ-nin rəisi vəzifəsinə təyin olunub.