Azərbaycan Texniki Universiteti laboratoriya avadanlıqları alacaq
Azərbaycan Texniki Universiteti (AzTU) laboratoriya malları və avadanlıqlarının satınalınması üzrə elan etdiyi tenderin qalibi “LİNKLİNE” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, müqavilənin 58 min 919 manat 51 qəpik dəyərində bağlanması gözlənilir. Tender çərçivəsində alınacaq avadanlıqlar arasında Ana-Bala kley, 200 qr lehim teli, Mini Devre Kesici Akü Şalter, Laqonda daşı, şəffaf yapışqanlı kley, izolent, Profesional Sumo Robot Kiti GZ, antena, adapter və digər laboratoriya ləvazimatları nəzərdə tutulub.
Qalib şirkətin nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə Çinarə Əlizadə Elbrus qızıdır.
Xatırladaq ki, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevdir.