Masallıda dövlətə məxsus bəzi ərazilərin məşhur istirahət mərkəzi “Viləş Palace Hotel”in sahibi tərəfindən icazəsiz zəbt edildiyini xəbər vermişdik.
NOCOMMENT.az Qaynarinfo-ya istinadən xəbər verir ki, sözügedən otelin “Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalova məxsus olduğu iddia edilir. Otel rəhbərliyi “Viləş Palace Hotel”in yerləşdiyi ərazidən kənarda da iaşə obyektlər tikdirib.
Lakin tikililər icazəsiz tikildiyi üçün iş adamı dövlət tərəfindən həmin ərazilər üzrə “çıxarış” ala bilmir.
“Viləş Palace” dövlətə məxsus əraziləri zəbt edib? – Məhkəmə çəkişməsi
Həmçinin sözügedən əraziyə görə sabiq deputatlardan birinin iş adamı olan qardaşı ilə də mübahisə yaşanır.
Qeyd edək ki, daha əvvəl “Viləş Palace” MMC ƏMX-nın “Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri” Publik Hüquqi Şəxsinin 8 Saylı Cəlilabad Ərazi İdarəsi barəsində məhkəməyə müraciət etmişdi. İşə Şirvan İnzibati Məhkəməsində Rəşidə Quliyevanın sədrliyi ilə baxılacaq.