Viləşçaydan qanunsuz torpaq daşıtdıran şəxs kimdir?backend

Viləşçaydan qanunsuz torpaq daşıtdıran şəxs kimdir? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallıda naməlum şəxs və ya şəxslərə məxsus yük maşınları Viləşçayın hövzəsindən torpaq və çaylaq daşlarının qanunsuz daşınmasını həyata keçirir.

NOCOMMENT xəbər verir ki, bu barədə qafqazinfo-ya həmin ərazidə yaşayan sakinlər danışıblar.

Qazıntı işi çayın üzərində çəkilmiş bəndin yaxınlığında aparılır. Sakinlər bəndin dağılmasından və ətraf ərazilərin su altında qalmasından narahatdırlar. Vətəndaşların iddiasına görə, qazıntını aparan şirkət “SİRR-M” MMC-dir. Şirkətin qeyri-rəsmi olaraq iş adamı Hacı Mazana məxsus olduğu bildirilir. İddialara görə, ərazidən gündəlik olaraq 90-100 yük maşını torpaq və daş daşınır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, Viləşçayın Masallı rayonunun Şıxlar kəndindən keçən hissəsindəki hövzəsinin qanunsuz olaraq qazılıb daşınması barədə polisə müraciət daxil olub. Hazırda həmin müraciət əsasında Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, Hacı Mazan cənub bölgəsində tanınmış iş adamıdır. O, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə yaxınlığı ilə tanınır.

“SİRR-M” MMC Masallıda yaşayış binalarının tikintisi ilə məşğul olur. Şirkətin hüquqi ünvanı Masallının Yeddioymaq kəndində yerləşir. Hacı Mazan da əslən həmin kənddəndir.