Vilyam Hacıyev növbədə olmayan şəxslərə qanunsuz evlər veribbackend

Vilyam Hacıyev növbədə olmayan şəxslərə qanunsuz evlər verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında ekspertiza rəyləri üzrə aktlar elan olunub.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə İmişli RİH-in fəaliyyəti ilə bağlı baş tutan yoxlamaların nəticələri açıqlanıb.

Aktlarda qeyd olunub ki, V.Hacıyevin icra başçısı olduğu müddətdə mənzil növbəsində olmayan bir neçə nəfərə qanunsuz mənzillər verilib.

Bundan başqa, icra hakimiyyəti tərəfindən sosial-kirayə müqavilələri bağlanması və icarə-torpaq sahələrinin verilməsi ilə bağlı qanunsuz sərəncamlar imzalanıb.

Təqsirləndirilən şəxsin vəkili Elmar Kərimov sərəncamlarla bağlı məsələyə etiraz edib.

Məhkəmənin növbəti iclası iyunun 20-nə təyin edilib.