Vilyam Hacıyevin məhkəməsi: Prokuror vəkili təkzib etdibackend

Vilyam Hacıyevin məhkəməsi: Prokuror vəkili təkzib etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

NOCOMMENT xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə vəsatətlə çıxış edən Vilyam Hacıyevin vəkili Elmar Kərimov sənədlərin tədqiqi zamanı elan edilən yoxlama aktları ilə bağlı məhkəməyə ekspert çağırılmasını istəyib.

Vəkil sənədlərdə görülən işlər zamanı mənimsəmə kimi göstərilən məbləğin ehtimallar üzərində müəyyən edildiyini deyib.

Dövlət ittihamçısı vəkilin dediklərini təkzib edərək vəsatətin təmin olunmamasını istəyib: “Bütün yoxlamalar düzgün aparılıb, yoxlama aktlarında da hər hansı qeyri-obyektivlik müşahidə olunmur”.

Məhkəmə vəsatəti baxılmamış saxlayıb. Hakim bildirib ki, vəsatətə növbəti prosesdə münasibət bildiriləcək.

Növbəti proses iyunun 24-ə təyin olunub.