Vilyam Hacıyevin məhkəməsi təxirə salınıbbackend

Vilyam Hacıyevin məhkəməsi təxirə salınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

NOCOMMENT xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən proses təxirə salınıb.

Belə ki, təqsirləndirilən şəxsin vəkili Elmar Kərimov prosesə gəlməyib.

Məhkəmənin növbəti iclası iyulun 15-nə təyin edilib.