“Real Madrid”lə yeni müqavilə barədə razılığa gələ bilməyən Vinisius Junior barədə yeni iddia ortaya atılıb.
NOCOMMENT.az xəbər verir ki, “Mançester Siti” klubunun futbolçunun xidmətində maraqlı olduğu irəli sürülüb. İddialara görə, “Real” futbolçunun şərtlərini qəbul etməsə, o klubdan ayrıla bilər. Xəbərdə deyilir ki, “Mançester Siti” Vinisius Juniora onun tələblərini qarşılaya biləcək təklif irəli sürüb. Həmçinin Səudiyyə Ərəbistanı klublarının futbolçunun xidmətində maraqlı olduğu irəli sürülür.
Qeyd edək ki, Vinisius Juniorun “Real Madrid”lə müqavilə 2027-ci ildə yekunlaşır. /Metbuat.az /













