Virus kimi yayılan gizli çəkiliş qalmaqalı backend

Virus kimi yayılan gizli çəkiliş qalmaqalı 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koreya musiqisi, serialları və filmləri ilə dünyaca məşhur mədəniyyət və yaxşı obraz yaratsa da, ölkədə qadınlara qarşı böyük ayrı-seçkilik problemi var. 

 

NOCOMMENT.az bildirir ki, Koreyada demək olar ki, trend halını alan “Molka” əsasən ailə üzvlərinin gizli görüntüsünü çəkib paylaşmaqdır.

 

Media bunu gizlətsə də, qadın hüquqları müdafiəçiləri qadınların, xüsusən də “molka” qurbanı olan qadınların gizli şəkildə lentə alınmasının və görüntülərinin internetdə paylaşılmasının nə qədər adi hal olduğu barədə öz səslərini dünyaya çatdırmağa çalışırlar.

 

Koreya cəmiyyəti öz patriarxiyası ilə tanınır. Müəyyən addımlar atılsa da, bir çox qadınlar evdə, işdə və təhsildə üzləşdikləri ayrı-seçkilik və təzyiqlərdən beziblər.

 

Əslində, etiraz aksiyasının bu banneri bir müddət geniş şəkildə paylaşılıb:

“Ağlama! Pornolarınızı siləcəyik. Özünüzü öldürməyin, biz sizi qoruyacağıq. Sizin üçün mübarizə aparacağıq”.

Soyunub-geyinmə otaqları, tualetlər kimi ictimai yerlərdə yerləşdirilən kameraların aşkarlanmasına cəhd edilsə də, bir-birinin ardınca baş verən qalmaqallardan onların uğurlu alınmadığı açıq-aydın görünür.

 

Bu məlum qalmaqallara yenisi əlavə edilib.

 

Ailə üzvlərini hədəf alan çoxlu qruplar var. Belə ki, bəzi qruplarda ailə üzvlərinin yatan yerdə və yaxud hamam otağında şəkil, yaxud videolarını çəkib paylaşan gənclər sürətlə yayılmağa başlayıb. Hətta bəzi görüntülərin “Deepfake” vasitəsilə bəzi porno videolarda istifadə edildiyi də yayılan iddialar arasındadır.

 

Koreya mediasının susması da tənqid olunan digər məsələdir.

 

Təbii ki, bu pankart sıradan bir pankart deyil. “Molka” adlı gizli çəkiliş görüntüləri nəhəng söhbət otaqlarında yayılır və satılır. Hətta görüntüləri yayımlanan qadının birinin intiharı da ölkədə böyük narazılığa səbəb olub.