Virusun qarşısında aciz qalmamaq üçün 3-cü dozanın vurulması mütləqdir – İnfeksionistbackend

Virusun qarşısında aciz qalmamaq üçün 3-cü dozanın vurulması mütləqdir – İnfeksionist

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyada əhali arasında sürətli yayılan AY.4.2 mutasiyası koronavirusun “Delta” ştamı ilə müqayisədə daha yoluxdurucudur. Lakin xəstəliyin gedişatındakı ağırlığı hələ sübut olunmayıb”.

NOCOMMENT.az-ın məlumatına görə, bunu “Report”a açıqlamasında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Vüsalə Yaşar deyib.

O bildirib ki, koronavir əleyhinə vaksin vurduran şəxs 6 aydan sonra orqanizmindəki immunitet zəifləməyə başlayır: “Belə olan halda xəstəliyin qarşısında müdafiəsiz qala bilərik. Ona görə də üçüncü dozanın vurulması xüsusilə də risk qrupuna aid şəxslərin vurdurması şiddətlə tövsiyə edirik. Üçüncü dozadan sonra hətta həkim məsləhətindən sonra dördüncü dozanın da vurdurulması mümkün ola bilər”.

TƏBİB rəsmisi qeyd edib ki, virusa yoluxmamaq üçün qoruyucu tədbirlərə əməl olunmasını israr edirik: “Peyvəndlə yanaşı, insanlar həm də sağlam həyat tərzi yaşamalıdır. Bunun üçün düzgün qidalanmalı, gigiyena qaydalarına riayət edilməli, sosial məsafə saxlanılmalı, qapalı məkanlarda mütləq şəkildə maskadan istifadə olunmalıdır”.

“Azərbaycanda yoluxma sayında artım olsa da, bir çox ölkələrlə müqayisədə vəziyyət nəzarətdə saxlanılır. Ölkədə istifadə olunan peyvəndlər yaranan yeni mutasiyalara qarşı effektivdir. Virus əleyhinə vurulan peyvəndlərin çeşidliliyinə görə də şanslı ölkələrdənik. Seçim şansımız var. Bəzi vaksinlər araşdırmalara görə yeni mutasiyalara qarşı effektivdir. Ancaq hazırkı vəziyyətdə vətəndaşların daha intensiv vaksinasiya olması, 3 cü doza vaksinasıyanın sürətləndirilməsi zəruridir”.