Vitse-admiral: ABŞ bir neçə dəqiqə ərzində planetdəki hədəfləri məhv edə biləcəkbackend

Vitse-admiral: ABŞ bir neçə dəqiqə ərzində planetdəki hədəfləri məhv edə biləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Birləşmiş Ştatları Maven süni intellektə əsaslanan görüntü analizi sistemindən istifadə edərək, bir neçə dəqiqə ərzində planetin istənilən yerində hədəfi müəyyən edib məhv edə biləcək.

NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ Milli Geoməkan-Kəşfiyyat Agentliyinin direktoru, vitse-admiral Frenk Uitvort deyib.

“Maven sistemi hədəfin təyin edilməsi üçün lazım olan vaxtı əhəmiyyətli dərəcədə azaldıb <…> Kəşfiyyat əməliyyatlarının aparılması üçün lazım olan vaxt bir neçə saatdan bir neçə dəqiqəyə – aşkarlanmasından hədəfin məhv edilməsinə qədər azaldılıb”, – deyə o vurğulayıb.