Körfəz ölkələrinə yeni səfərlər ola bilər.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz deyib.
“Təbii ki, başqa səfərlər də ola bilər. Həqiqətən də Körfəzdən yaxşı nəticələr oldu. İnfrastrukturu hazırlanıb müəyyən yetkinliyə gətirilən mövzular cənab Prezidentimizin səfəri ilə bir nəticəyə gəldi. Ona görə də eyni anlayışa malik başqa ölkələr də ola bilər”, – o deyib.