Vitse-spiker: Sərhədlərin açılması İrəvanın maraqlarına uyğundurbackend

Vitse-spiker: Sərhədlərin açılması İrəvanın maraqlarına uyğundur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan və Türkiyə arasında danışıqların gündəliyi dəyişməyib, o, ilkin şərt olmadan sərhədin açılması və diplomatik münasibətlərin qurulması prinsipini dəstəkləməklə davam edir”.

NOCOMMENT yenisabah-ə istinadən xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin sədr müavini Akop Arşakyan bildirib.

“Ermənistan müstəqillik əldə etdikdən sonra sərhədləri gərgin olub. Həm müharibə zamanı, həm də sülh dövründə minlərlə qurbanımız olub. Düşünürəm ki, bizim indi təbliğ etdiyimiz və xalqımızın səsini qazandığımız sülh gündəliyi sərhədlərimizin, Ermənistanın təhlükəsizliyini təmin etmək məqsədi daşıyır ki, sülh dövründə əsgərlər ölməsin, Ermənistan bir daha müharibəyə cəlb olunmasın”, – deyə Arşakyan qeyd edib.

Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşünə gəlincə, o vurğulayıb ki, bu, ilk görüşdür: “Türkiyə tərəfi gündəliyini təqdim etdi, müzakirə oldu. Bu müzakirədən sonra tərəflər məsələləri aydınlaşdırmaq və müzakirə etmək üçün paytaxtlarına qayıdıblar”.

Arşakyanın sözlərinə görə, Ermənistan ilkin şərt olmadan sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması tərəfdarıdır: “Gündəliyimiz dəyişməyib. Müstəqil Ermənistanın bütün hakimiyyət orqanları bəyan edib ki, Türkiyə ilə danışıqların gündəliyi belədir: Türkiyə ilə sərhədlər ilkin şərt olmadan açılmalı, diplomatik əlaqələr qurulmalıdır”.

Akop Arşakyan xatırladıb ki, bu görüşlər və danışıqlar Rusiyanın vasitəçiliyi ilə keçirilir və Rusiya Xarici İşlər Nazirliyi onlara müsbət reaksiya verir.

Xatırladaq ki, yanvarın 14-də Moskvada Ermənistanın vitse-spikeri Ruben Rubinyan və Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç arasında görüş keçirilib.