Vizasız gedilə biləcək ölkələr – TAM SİYAHIbackend

Vizasız gedilə biləcək ölkələr – TAM SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Viza, bir dövlətin xarici nümayəndəlikləri və ya gömrük orqanları vasitəsilə ölkəsinə səyahət edəcək xarici vətəndaşın pasportuna vurulan və həmin vətəndaşın ölkəsinin sərhəd qapısına qədər gedərək sərhəd orqanlarına daxil olmaq üçün müraciət edilə biləcəyini göstərən yazılı icazə sənədidir.

NOCOMMENT xəbər verir ki, hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, aşağıdakı siyahıda göstərilən ölkələrlə Azərbaycan Respublikası arasında qarşılılıq prinsipi əsasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilir:

I QRUP.

– Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin diplomatik və ya xidməti (və ya rəsmi/xüsusi) pasportuna malik vətəndaşları.

SİYAHI:

1. Albaniya Diplomatik və xidməti 90 gün
2. Almaniya Diplomatik 90 gün
3. Argentina Diplomatik, rəsmi və xidməti 30 gün
4. Avstriya Diplomatik və xidməti 90 gün
5. Belçika Diplomatik 90 gün
6. BƏƏ Diplomatik, xidməti və xüsusi 90 gün
7. Boliviya Diplomatik, rəsmi və ya xidməti 90 gün
8. Bolqarıstan Diplomatik və xidməti 90 gün
9. Bosniya və Herseqovina Diplomatik, rəsmi və xidməti 30 gün
10. Braziliya Diplomatik, rəsmi və xidməti 90 gün
11. Çili Diplomatik və ya xidməti/rəsmi 90 gün
12. Çin Diplomatik və xidməti/ictimai 30 gün
13. Çexiya Diplomatik 90 gün
14. Hindistan Diplomatik, rəsmi və xidməti 90 gün
15. Xorvatiya Diplomatik/Xidməti 90 gün/30 gün
16. Estoniya Diplomatik 90 gün
17. Finlandiya Diplomatik 90 gün
18. Fransa Diplomatik 90 gün
19. Fələstin Dövləti Diplomatik 30 gün
20. İndoneziya Diplomatik və xidməti 30 gün
21. İordaniya Diplomatik və xidməti 90 gün
22. İran Diplomatik və xidməti 30 gün
23. İraq Diplomatik, xidməti və xüsusi 30 gün
24. Ispaniya Diplomatik 90 gün
25. İsveç Diplomatik 90 gün
26. İsveçrə Diplomatik və biometrik xidməti 90 gün
27. İtaliya Diplomatik və xidməti 90 gün
28. İsrail Diplomatik və xidməti 90 gün
29. Kolumbiya Diplomatik, rəsmi və xidməti 90 gün
30. Koreya Diplomatik, rəsmi və xidməti 30 gün
31. Kipr Diplomatik 90 gün
32. Kuba Diplomatik,rəsmi və xidməti 90 gün
33. Küveyt Diplomatik,xidməti və xüsusi 90 gün
34. Laos Diplomatik 30 gün
35. Latviya Diplomatik və xidməti 90 gün
36. Litva Diplomatik və xidməti 90 gün
37. Liviya Diplomatik, xidməti və xüsusi müvəqqəti olaraq
dayandırılmışdır
38. Lixtenşteyn Diplomatik 90 gün
39. Lüksemburq Diplomatik 90 gün
40. Macarıstan Diplomatik və xidməti 90 gün
41. Malta Diplomatik 90 gün
42. Meksika Diplomatik 90 gün
43. Mərakeş Diplomatik, rəsmi, xidməti və xüsusi 90 gün
44. Misir Diplomatik, xidməti və xüsusi 30 gün
45. Monteneqro Diplomatik və xidməti 90 gün
46. Monqolustan Diplomatik, rəsmi və xidməti 90 gün
47. Niderland Diplomatik 90 gün
48. Norveç Diplomatik 90 gün
49. Paraqvay Diplomatik və xidməti 90 gün
50. Pakistan Diplomatik və xidməti 30 gün
51. Polşa Diplomatik 90 gün
52. Peru Diplomatik, xidməti və xüsusi 90 gün
53. Qətər Diplomatik, xidməti və xüsusi 30 gün
54. Portuqaliya Diplomatik, xidməti və xüsusi 90 gün
55. Rumıniya Diplomatik və xidməti 90 gün
56. San Marino Diplomatik və xidməti 90 gün
57. Serbiya Diplomatik, xidməti və rəsmi 90 gün
58. Slovakiya Diplomatik və xidməti 90 gün
59. Sloveniya Diplomatik və xidməti 90 gün
60. Suriya Diplomatik,xidməti və xüsusi 30 gün
61. Türkiyə Diplomatik, xidməti və xüsusi 90 gün
62. Türkmənistan Diplomatik və xidməti 30 gün
63. Yaponiya Diplomatik 90 gün
64. Yunanıstan Diplomatik 90 gün
65. Venesuela Diplomatik, xidməti və rəsmi 30 gün
66. Vyetnam Diplomatik, xidməti və rəsmi 30 gün
67. Uruqvay Diplomatik, xidməti və rəsmi 90 gün

II QRUP. 

– Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin qanunvericiliyinə əsasən, beynəlxalq sərhədkeçmə hüququ verən və növündən asılı olmayaraq hər hansı növ etibarlı pasporta – o cümlədən, diplomatik, xidməti (və ya rəsmi/xüsusi) və ya ümumvətəndaş pasportuna malik vətəndaşlar;

– həmçinin belə şəxslərlə birgə səfər edən, lakin şəxsi etibarlı pasporta malik olmayan, foto-şəkli və adı, soyadı, atasının adı rəsmi təsdiq olunmuş qaydada onların pasportuna qeyd edilmiş vətəndaşlar;

– Azərbaycan Respublikasının və ya müvafiq xarici ölkənin dövlət qurumları tərəfindən xüsusi olaraq vətəndaşlığı olmayan şəxslərə verilən, şəxsiyyəti təsdiq etməklə beynəlxalq sərhədkeçmə hüququ verən müvafiq sənədə malik vətəndaşlığı olmayan şəxslər;

– pasport itirildikdə, oğurlandıqda, yararsız hala düşdükdə və ya etibarlılıq müddəti bitdikdə şəxslərə vətəndaşı olduğu və ya daimi yaşadığı ölkəsinə qısa müddət ərzində yalnız geri qayıtmaq üçün verilən müvəqqəti sərhədkeçmə sənədinə – “Qayıdış şəhadətnaməsi”nə malik vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün vizasız gediş-gəlişi rejimi olan ölkələr.

Ölkənin adı İki ölkə ərazisində vizasız yaşama üçün icazə verilən müddət
1 Türkiyə 90 gün
2 Belarus 90 gün
3 Gürcüstan 90 gün
4 Qazaxıstan 90 gün
5 Qırğızıstan 90 gün
6 Moldova 90 gün
7 Özbəkistan 90 gün
8 Rusiya Federasiyası 90 gün
9 Tacikistan 90 gün
10 Ukrayna 90 gün
11 Qətər 30 gün

 

III QRUP

Bundan əlavə, hazırda aşağıda qeyd edilən ölkələr tərəfindən Azərbaycan Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün müvafiq müddət çərçivəsində birtərəfli qaydada vizasız gediş-gəliş rejimi tətbiq edilir:

Ölkənin adı Ərazisində vizasız yaşamaq üçün icazə verilən müddət
1 İran 15 gün
2 Serbiya 90 gün
3 Şimali Makedoniya

(2019-cu ilin 15 sentyabr tarixindən

2021-ci ilin 15 mart tarixinədək)

90 gün
4 Monteneqro 90 gün
5 Bosniya və Herseqovina 90 gün
6 Honq-Konq

(Çinin Xüsusi inzibati ərazisi –

yalnız diplomatik və xidməti pasport)

14 gün
7 Malayziya

(ümumvətəndaş, diplomatik, xidməti pasport)

30 gün