Vlad Lisovets: Azərbaycanın torpaqlarını tam azad etməsini çox istərdimbackend

Vlad Lisovets: Azərbaycanın torpaqlarını tam azad etməsini çox istərdim

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Otuz il ərzində heç nə dəyişməyib: elə eyni problemdir. Azərbaycan ermənilərin qanunsuz olaraq işğal etdikləri torpaqları geri qaytarmaq istəyir. İndi bu, münaqişənin kəskinləşməsinə çevrilib, amma mən bütün bunların bitməsini çox istərdim”.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu Bakıda doğulub böyüyən və hazırda Moskvada yaşayan stilist Vladislav Lisovets deyib.

Dağlıq Qarabağ münaqişəsi zonasındakı döyüş əməliyyatlarını şərh edən V.Lisovets Azərbaycanın torpaqlarını qaytarmasını, tam azad etməsini çox istədiyini söyləyib.

“Həqiqətən münaqişənin bitməsini və insanların özlərinə aid olanları geri qaytarmalarını istəyirəm. Bunun minimum insan itkisi ilə baş verməsini arzulayıram… Heç kimi milliyyətinə görə bölmək istəmirəm. İnsanlar ölürsə, bu, faciədir”, – deyə o bildirib.