Vladimir Putin Məhəmməd Moxber ilə telefon danışığı aparıbbackend

Vladimir Putin Məhəmməd Moxber ilə telefon danışığı aparıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin İran prezidenti vəzifəsini icra edən Məhəmməd Moxber ilə telefon danışığı aparıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.

Tərəflər Rusiya-İran əməkdaşlığının gələcək inkişafında, o cümlədən enerji və nəqliyyat sahələrində layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər.

Beynəlxalq aləmdə qarşılıqlı fəaliyyət məsələləri, o cümlədən Rusiyanın BRİCS-ə sədrliyi ilə bağlı məsələlər qaldırılıb.

Vladimir Putin İran müsəlmanlarını qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib.