Rusiya prezidenti Vladimir Putin Monqolustana rəsmi səfərə gəlib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd olunur ki, Rusiya liderinin təyyarəsi Ulan-Bator hava limanına enib.
Putinin səfəri sentyabrın 2-dən 3-dək davam edəcək və Monqolustanın şərqindəki Xalxin Qol çayında sovet və monqol ordularının yapon əsgərləri üzərində qələbəsi ilə eyni vaxta təsadüf edir. Səfər proqramına həm Yaponiya üzərində qələbənin ildönümü ilə bağlı şənliklərdə iştirak, həm də Monqolustan Prezidenti Uxnaqiyn Xurelsuxa ilə görüş daxildir.
Görüş zamanı prezidentlər regional və beynəlxalq miqyaslı problemləri müzakirə edəcəklər.