Vladimir Putin uşaqlıq arzusundan danışdıbackend

Vladimir Putin uşaqlıq arzusundan danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin uşaqlıqda pilot və kəşfiyyatçı olmaq istədiyini etiraf edib. Bu barədə Dövlət başçısı dekabrın 14-də ilin yekunlarına həsr olunmuş mətbuat konfransı zamanı keçmiş arzularından danışıb.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya liderinin qeyd etdiyi kimi, insanların ətrafdakı dəyərlərə münasibəti daim dəyişir. İnsanın yaşadığı dövrdən asılı olaraq dünyaya müxtəlif baxışları ola bilər, deyə o vurğulayıb.

“Mən də pilot olmaq istəyirdim. Amma mənim əsas arzum, artıq orta məktəbdə oxuyanda kəşfiyyatçı olmaq istəyirdim”, – Putin bildirib.

O əlavə edib ki, nəticədə onun kəşfiyyatçı olmaq istəyi həyata keçib. Prezidentin sözlərinə görə, bu fakt ölkə sakinlərinə yaxşı məlumdur.