Vladimir Putin və Si Cinpin Ukrayna böhranını müzakirə ediblərbackend

Vladimir Putin və Si Cinpin Ukrayna böhranını müzakirə ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin prezidenti Si Cinpin və Rusiya prezidenti Vladimir Putin Çunnanhayda keçirilən görüşdə Ukrayna böhranını ətraflı müzakirə ediblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunyin məlumat verib.

Diplomatın sözlərinə görə, “Çin Ukrayna böhranının siyasi həllinin təşviqində konstruktiv rol oynamağa davam edəcək”.

Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Vladimir Putin və Si Cinpin Ukraynanı qeyri-rəsmi müzakirə ediblər.

Çinə davam edən səfəri zamanı Putin Pekin və Moskva arasında münasibətlərin indiki inkişaf mərhələsini təsvir etmək üçün 1940-cı illərə aid köhnə mahnıdan “Ruslar və Çinlilər əbədi qardaşdırlar” ifadəsini xatırladıb.