Vladimir Putinlə İbrahim Rəisinin görüşünün tarixi açıqlanıbbackend

Vladimir Putinlə İbrahim Rəisinin görüşünün tarixi açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti İbrahim Rəisi yanvarın 19-da Moskvada görüşəcək.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.

“Yanvarın 19-da Moskvada Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti İbrahim Rəisi arasında görüş olacaq”, – məlumatda deyilir.

Bildirilib ki, Putinlə Rəisi ikitərəfli əməkdaşlığa dair kompleks məsələləri, eləcə də aktual beynəlxalq və regional mövzuları müzakirə edəcək.