Vladimir Solovyov kompüter oyununun kadrlarını Qarabağdakı döyüşlər kimi təqdim etdi – VİDEObackend

Vladimir Solovyov kompüter oyununun kadrlarını Qarabağdakı döyüşlər kimi təqdim etdiVİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı teleaparıcı və təbliğatçı Vladimir Solovyov “Tam təmas” verilişində rüsvay olub.

NOCOMMENT.az trend-ə istinadən xəbər verir ki, aparıcı efir zamanı “Arma” kompüter oyununun kadrlarını Dağlıq Qarabağdakı müharibə ilə səhv salıb.

Verilişin gedişində V.Solovyov Dağlıq Qarabağda hərbi əməliyyatların əks olunduğu videoçarx nümayiş etdirib.

Amma “Twitter” sosial şəbəkəsində diqqətli izləyicilər bu videoçarxın orijinalını aşkar edib.

Məlum olub ki, bu video kompüter oyunlarının icmalını hazırlayan çinli bloger tərəfindən hazırlanıb. V.Solovyovun Dağlıq Qarabağdakı vəziyyət kimi təqdim etdiyi və “ulduz müharibələri” adlandırdığı kadrlar “Arma” oyununun icmalı olub.

Buna da baxın

Lotoreyada qazanmağın yolu nədən keçir? – Ekspert məsləhətibackend
Maraqlı
Lotoreyada qazanmağın yolu nədən keçir? – Ekspert məsləhəti