backend

Volkov əmr quludur, bizə mane Putindir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bizə mane olan Rusiya prezidenti Vladimir Putindir. O, Azərbaycanın Qarabağda suverenliyinin bərpasını istəmir. General Volkov əmr quludur”.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu azərbaycanlı ictimai fəalların Xankəndi-Gorus yolunun Şuşadan keçən hissəsində ekoloji terrora qarşı keçirdikləri aksiyanı şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, general Volkov bu saat telefonun başında oturub Moskvadan təlimat gözləyir ki, yolda çadır quran azərbaycanlı vətəndaş fəallarına qarşı hansısa tədbirlər görsün və ya görməsin.

“Putin anlayır ki, vəziyyət qəlizdir və elə buna görə Azərbaycan prezidenti İlham Əliyevə zəng edib, nəbz yoxlaması həyata keçirir. Rusiya hərbi kontingenti və erməni separatçılar üçün 2 illik rahat həyat bitib, bundan sonra yoldan kefləri istədikləri kimi istifadə edə bilməyəcəklərini anlayıblar. Bizi gərgin illər gözləyir”, – deyə siyasi şərhçi əlavə edib.

Xatırladaq ki, yüzlərlə azərbaycanlı etirazçının bu gün səhər Laçın yolunda başlatdığı aksiya 5 saatdan çoxdur davam edir. Etirazçılar Rusiya hərbi kontingentinin komandanı, general Volkovla görüş tələb edirlər, əks halda Xankəndi-Gorus yolunu açmayacaqlarını bildiriblər.