Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Ukrayna ərazisinə intensiv hücumlarını davam etdirdiyini və Hava qalxanını gücləndirməli olduqlarını bildirib.
NOCOMMENT.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski danışıqlar aparmaq üçün Ukraynanın paytaxtı Kiyevə gələn NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb. Görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında danışan Zelenski Stoltenberqlə vacib görüş keçirdiyini bildirib.
Ukraynanın NATO üzvlüyünə toxunan Zelenski, “Ukraynanın alyansın qanuni üzvü olması zaman məsələsi olduğunu, bu dövrü yaxınlaşdırmaq üçün hər şeyi etdiklərini bildirib. “Ukrayna hazırda bütün NATO üzvlərini birləşdirən ümumi azadlıq məkanını müdafiə edir. Rusiyanın başlatdığı bu əsassız və cinayətkar müharibədə Ukraynanın qələbəsi təkcə dövlətimiz üçün deyil, bütün qitə üçün uzunmüddətli təhlükəsizliyə və sülhə zəmanət verəcək”.
Ukraynanın ittifaqın silah taktikalarından uğurla istifadə etdiyinə və inkişaf etdirdiyinə diqqət çəkən Zelenski “Reallığın özü Ukraynanın alyansa üzvlüyünün tamamilə təbii olacağının sübutudur və həm Ukraynanı, həm də NATO-nu gücləndirəcək” deyə qeyd edib.
Zelenski Rusiyanın geri çəkiləcəyi və məğlub olacağı şəkildə təzyiq göstərməyə davam edəcəklərini ifadə edib. “Bu çərçivədə üzv ölkələrə əlavə hava hücumundan müdafiə sistemlərinin verilməsi məsələsini müzakirə etdik. Baş katib bizə kömək etməyi qəbul etdi. Bu mövzuda ittifaqa üzv dövlətləri səfərbər etmək üçün səy göstərəcək.”
Zelenski Rusiyanın Ukrayna ərazisinə intensiv hücumlarını davam etdirdiyinə diqqət çəkib. “Rusiyaya müvafiq təzyiq intensivliyinə və hava qalxanımızın gücləndirilməsinə ehtiyacımız var”.