Ukrayna prezidenti Vladimir Zelenski Qərb ölkələrini münaqişəyə sürükləsə, Rusiya daha güclü silahlarla cavab verməyə məcbur olacaq.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün Telegram-kanalında deyib.
“Vaşinqton və digər Avropa dövlətləri Ukraynadakı müharibənin iştirakçılarına çevrilirlər”, – Dövlət Dumasının sədri yazıb.
Onun sözlərinə görə, Zelenski ABŞ, Almaniya, Fransa və Böyük Britaniyanı Ukrayna münaqişəsinin birbaşa iştirakçılarına çevirir, o zaman ki, dövlət başçısı bu ölkələrə Rusiya ərazisinə uzaq mənzilli silahlardan zərbələr endirməyə icazə verməyə çağırır.
Volodin hesab edir ki, bütün bu hərəkətlər Moskvanın cavab vermək məcburiyyətində qalmasına və öz vətəndaşlarını qorumaq üçün daha güclü və dağıdıcı silahlardan istifadə etməyə məcbur olacaq.