Voskanyan: İran Pelosinin səfərinə göz yummayacaqbackend

Voskanyan: İran Pelosinin səfərinə göz yummayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan ABŞ, Rusiya və İran arasında maraqların toqquşmasının mərkəzinə çevrilsə, bu, ölkə və xalqın təhlükəsizliyi üçün ciddi nəticələrə səbəb ola bilər. İran ona düşmən olan dövlətin yüksək rütbəli məmurunun qonşu ölkəyə səfərinə göz yuma bilməz.

NOCOMMENT axar-a istinadən xəbər verir ki, bunu iranşünas Vardan Voskanyan Nensi Pelosinin Ermənistana səfərini şərh edərkən deyib.

“Nensi Pelosinin Ermənistana səfəri ilə əlaqədar İran tərəfi media vasitəsilə və ekspertlər səviyyəsində mülayim narahatlığını ifadə edib”, – deyə o bildirib.

Pelosinin “Avarayr” rəsmi fonunda Qafesyan İncəsənət Mərkəzində çıxışından danışan Voskanyan vurğulayıb ki, iranlılar bu cür simvolik siqnalları diqqətlə izləyirlər: “ABŞ-nin yüksək rütbəli rəsmisinin çıxışı İrana aydın mesaj vermək məqsədi daşıyırdı. Digər sual isə səfərin təşkilatçılarının bu addımı hansı məntiqlə atmasıdır. Bilmirəm bunu ehtiyatsızlıq, yoxsa hazırlıqsızlıq adlandırım. “Avarayr” rəsmi qarşısındakı çıxış və onun məzmununa xüsusi diqqət yetirilməsi təsadüfi hadisə ola bilməz”.