VTB Bank məcburi köçkünə qarşı haqsızlıq edib? – VİDEObackend

VTB Bank məcburi köçkünə qarşı haqsızlıq edib? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1993-cü ildən Laçın rayonundan məcburi köçkün kimi Sumqayıta köçən Alışanov Xaliq Alışan oğlu Prezident İlham Əliyevə müraciət edərək, uzun illər ərzində yaşadığı avtomobil problemi barədə danışıb.

NOCOMMENT.az xəbər verir ki, X. Alışanov bildirib ki, 2012-ci ilin sonunda VTB Bankdan “Kia Sportage” markalı avtomobili kreditlə alıb. “Uzun illər kredit ödənişlərini vaxtında etmişəm. Lakin səhhətimdə, xüsusilə ürək problemlərim səbəbindən yaranan çətinliklər nəticəsində bank avtomobili əlimdən aldı və başqa bir şəxsə verdi,” – deyə o qeyd edib.

Məcburi köçkün əlavə edib ki, Sumqayıtdakı ASAN Xidmət mərkəzinə çağırıldıqda sənədlərə imza atmaq məcburiyyətində qalıb və ona bildirilib ki, iki ildən sonra avtomobil həmin şəxsə qalacaq.

“11 ildir ki, bu məsələyə heç kim baxmır. Prezidentdən xahiş edirəm ki, haqqımın bərpa olunmasına yardım etsin,” – X. Alışanov vurğulayıb.

Məcburi köçkün həmçinin qeyd edib ki, 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür və Sumqayıtda yaşamağa davam edir.