Vuçiç: Çin Ukrayna üzrə sülh danışıqlarında vasitəçi kimi çıxış edə bilərbackend

Vuçiç: Çin Ukrayna üzrə sülh danışıqlarında vasitəçi kimi çıxış edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milad atəşi çərçivəsində Ukraynada hərbi əməliyyatların bir müddət dayandırılmasından sonra döyüşlərin bərpası çətinləşəcək.

NOCOMMENT.az xəbər verir ki, bunu Almaniyanın “Handelsblatt” qəzetinə müsahibəsində Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

2025-ci il dekabrın 23-dən yanvarın 8-dək, yəni xristian və pravoslav Milad bayramı günlərində atəşkəs ideyası Macarıstanın baş naziri Viktor Orban tərəfindən irəli sürülüb.

“On beş günlük sülhdən sonra döyüşləri bərpa etmək çox çətin olardı. Amma hər iki tərəfin buna hazır olduğuna əmin deyiləm. Yalnız əsas qlobal oyunçular arasında danışıqlar başlayanda sülh gələcək. Bu qan tökülməsi mümkün qədər tez dayandırılmalıdır”, – Vuçiç bildirib.

Serbiya prezidenti Çinin Rusiya-Ukrayna danışıqlarında vasitəçi kimi çıxış edə biləcəyini də təklif edib. Eyni zamanda, o, atəşkəsdən əvvəl “pis nəyinsə baş verə biləcəyindən” narahatlığını ifadə edib.