Vuçiç: Kosovo serbləri qəzəbli və narazıdırlarbackend

Vuçiç: Kosovo serbləri qəzəbli və narazıdırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiya prezidenti Aleksandr Vuçiç Kosovo administrasiyası və beynəlxalq ictimaiyyətin sakit münasibətinin Kosovo serblərinin qəzəbinə və narazılığına səbəb olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, Serbiya prezidenti Aleksandr Vuçiç bu barədə paytaxt Belqradda Kosovo serblərinin nümayəndələrini qəbul etdikdən sonra təşkil olunan mətbuat konfransı zamanı açıqlama verib.

Serb lideri serblərin üzləşdiyi problemlərin müzakirə edildiyini və nümayəndələrlə birgə hərəkət etmək qərarına gəldiklərini bildirib.

Kosovodakı serblərin aprelin 23-də serblərin çoxluq təşkil etdiyi bələdiyyələrdə keçiriləcək erkən yerli seçkiləri boykot edəcəklərini təkrarlayan Vuçiç bölgədəki serbləri maraqlandıran problemlərlə bağlı açıq mövqelərini gələn həftə açıqlayacaqlarını bildirib.

Vuçiç Kosovo serblərinin Serbiyadan daha konkret dəstək gözlədiklərini də əlavə edib.

NOCOMMENT.AZ