Vuçiç: Qaz sənaye, mənzil və elektrik istehsalı üçün həyati əhəmiyyət kəsb edirbackend

Vuçiç: Qaz sənaye, mənzil və elektrik istehsalı üçün həyati əhəmiyyət kəsb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiya prezidenti Aleksandar Vuçiç Rusiya prezidenti Vladimir Putindən yeni təbii qaz müqaviləsinə daha böyük həcmdə yanacaq və sərfəli qiymət daxil etməyi xahiş edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Serbiya liderinin özü danışıb.

Vuçiç bildirib ki, hazırda ölkəyə qazın böyük hissəsi Rusiyadan gəlir. Azərbaycandan da Serbiyaya yanacaq çatdırılır, lakin daha kiçik həcmdə. O qeyd edib ki, qaz yalnız sənaye və mənzil istifadəsi üçün deyil, həm də elektrik enerjisi istehsalı üçün istifadə olunur.

“Bütün bunlar üçün bizə təchizatın elastikliyi lazımdır. Mən prezident Putindən bunu, yaxşı qiymət və böyük həcm xahiş etdim. Bunlar bizim üçün üç əsas məsələdir”, – deyə serb lider vurğulayıb.