Vuçiç: Serbiya NATO-ya daxil olmaq istəmirbackend

Vuçiç: Serbiya NATO-ya daxil olmaq istəmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiya Avropa İttifaqına (Aİ) daxil olma yoluna irəliləyir, lakin NATO-ya üzv olmaq istəmir.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Serbiya prezidenti Aleksandr Vuçiç deyib.

Ölkəsinin Aİ-yə daxilolma yolunda irəlilədiyinə işarə edən Vuçiç, “Serbiya NATO-ya üzv olmaq istəmir. Serbiya hərbi neytrallığını qorumaq və gücləndirmək istəyir. Avropaya inteqrasiyası ilə Atlantik inteqrasiyası arasında böyük fərq var” dedi.

Hakimiyyətdə qalmaq naminə heç vaxt danışıqlara getməyəcəyini vurğulayan Vuçiç, onun üçün önəmli olanın Serbiyanın “yaşaması və tərəqqisi” olduğunu deyib.

NOCOMMENT.AZ