Serbiya prezidenti Aleksandr Vuçiç müdafiə sahəsində Serbiya və Macarıstan arasında strateji əməkdaşlığın genişləndirilməsi, eləcə də 2025-ci ilədək maksimum sayda birgə tədbirlərin keçirilməsi barədə məlumat verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Serbiyanın Radio və Televiziyasının (RTS) məlumatında deyilir.
Serbiya Prezidentinin sözlərinə görə, iki dövlət arasında sazişlər hərtərəfli strateji əməkdaşlığın ən mühüm aspektlərindən biridir.
Vuçiç və Macarıstanın Baş naziri Viktor Orban müdafiə sahəsində ölkələrin yaxınlaşmasını sürətləndirmək istək və niyyətlərini ifadə ediblər.
Macarıstan və Serbiyanın Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı və bu sahədə strateji əməkdaşlığın həyata keçirilməsinə dair sənəd imzalanıb.