Vuçiç Serbiyanın BRİKS-ə qoşulmaq “xəyalını” təkzib edibbackend

Vuçiç Serbiyanın BRİKS-ə qoşulmaq “xəyalını” təkzib edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiya Avropa yolunda olub və qalacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandar Vuçiç özünün YouTube kanalında yayımlanan brifinqdə bildirib.

“O, mənim nə düşündüyümü haradan bilir? Onlar mənə hansısa çip taxıblar və indi fikirlərimi oxuyurlar”, – Vuçiç Amerika sahibkarlıq İnstitutunun (American Enterprise Institute) eksperti İvana Stradnerin sözlərini şərh edərkən deyib.

Serbiya lideri xatırladıb ki, o, Belqradın BRİKS naminə guya Avropaya inteqrasiyadan imtina etmək xəyallarına diqqət çəkib. Ekspertin fikrincə, Vuçiçin əsas ziddiyyəti ürəyinin “Moskvada olması”, pul kisəsinin isə Brüsseldə olmasıdır.