Serbiya Prezidenti Aleksandr Vuçiç Vladimir Zelenski ilə telefon danışığı keçirib və ikitərəfli əməkdaşlığı müzakirə ediblər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandar Vuçiç öz İnstaqram səhifəsində yazıb.
O, söhbəti “mənalı və yaxşı” adlandırıb. Serbiya liderinin sözlərinə görə, tərəflər “ikitərəfli əməkdaşlığın bütün vacib məsələlərini” müzakirə ediblər.
O, həmçinin Serbiyanın bu yaxınlarda Kiyevdəki səfirliyini “işinin iki ölkə arasında daha yaxşı münasibətlərə töhfə verəcəyi ümidi ilə” yenidən açdığını bildirib.
“Biz ölkələrimizin Avropa yolunu, eləcə də gələcəkdə daha tez-tez ikitərəfli səfərlərin həyata keçirilməsi imkanlarını nəzərdən keçirdik”, – deyə siyasətçi əlavə edib.