Serbiya prezidenti Aleksandr Vuçiç Ukrayna prezidenti Vladimir Zelenski ilə söhbətində Avropada sülh və sabitliyin bərpası üçün dialoqun vacibliyindən danışıb.
NOCOMMENT.az xəbər verir ki, Serbiya lideri bu barədə öz Facebook səhifəsində yazıb.
Serbiya prezidenti ukraynalı həmkarı ilə Londonda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində görüşüb.
“Prezident Zelenski ilə həm Serbiya, həm Ukrayna, həm də Avropa və dünya üçün bütün çağırışlar və vacib məsələlərlə bağlı yaxşı görüşümüz olub. Mən bütün qitəmizdə sülhün və sabitliyin bərpasının vacibliyini vurğuladım və təkrar etdim ki, buna yalnız dialoq və siyasi qərarlar vasitəsilə nail olmaq mümkündür”, – deyə o bildirib.