Vulkanda şiddətli partlayış!backend

Vulkanda şiddətli partlayış!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikada Popokatepetl vulkanında şiddətli püskürmələr baş verib. Vulkanın püskürtdüyü kül yaşayış məntəqələrindəki evlərə çatıb.

NOCOMMENT xəbər verir ki, Meksika Milli Fəlakətlərin Qarşısının Alınması Mərkəzinin (CENAPRED) dərc etdiyi gündəlik fəaliyyət hesabatına görə, son 24 saat ərzində vulkanda 3 partlama, 127 qaz və kül püskürməsi baş verib. Son günlər vulkanın püskürmələrinin intensivliyinin artdığı bildirilib. Vulkanın səpdiyi külün yaşayış məntəqələrinə çatdığı, küllərin isə evlərin eyvanlarına, nəqliyyat vasitələrinin üzərinə yığıldığı görülüb. Bundan əlavə, vulkanın yaxınlığında yerləşən Atliksko şəhərinin sakinləri şiddətli püskürmələr nəticəsində evlərinin şüşələrinin sındığını bildiriblər.

Vulkanda püskürmələrin davam edəcəyini vurğulayan səlahiyyətlilər, kraterdən uzaq durmaq və sağlamlığa zərər verə biləcək kül yağışına qarşı tədbir görmək barədə xəbərdarlıq edib.

Bir ildən artıqdır ki, fəaliyyətini artıran Popocatepetl vulkanında ilin əvvəlindən bu yana 476 püskürmə baş verib. 2022-ci ildə vulkanda cəmi 113 püskürmə qeydə alınıb.