Vüqar Behbudovun 75 min manatlıq lift təmiri də baş tutmadı  – SƏBƏBbackend

Vüqar Behbudovun 75 min manatlıq lift təmiri də baş tutmadı – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sosial Xidmətlər Agentliyi” publik hüquqi şəxs tabeliyindəki sosial xidmət müəssisələrinin inzibati binalarında liftlərin təmiri üzrə işlərin satın alınması üçün tender elan etmişdi.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, müsabiqə təchizatçıların sayı üçdən az olduğu üçün (36.1.1-ci bənd) ləğv olunub.

Satınalmanın ehtimal olunan qiyməti 75 min 143,58 manat təşkil edirdi.

Qeyd edək ki, agentliyin bir müdd\t öncə 13,4 milyon manat dəyərində 3 tenderi ləğv edilmişdi.

Xatırladaq ki, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovdur.