Son dövrlər dövlət strukturlarında aparılan kadr islahatları və struktur dəyişiklikləri fonunda növbəti mərhələdə daha bir neçə yüksək vəzifəli şəxsin postunu itirə biləcəyi ilə bağlı iddialar gündəmə gəlib. İddialara görə uzun illər eyni vəzifədə çalışan məmurlarla bağlı proses tədricən yekunlaşma mərhələsinə qədəm qoyur.
NOCOMMENT.az xəbər verir ki, iddialara əsasən, postunu itirəcəyi gözlənilən məmurlar bunlardır:
Məleykə Abbaszadə – Dövlət İmtahan Mərkəzinin sədridir. Uzun müddətdir bu quruma rəhbərlik edən Abbaszadə ilə bağlı əsas müzakirə mövzusu onun yaş həddi ilə əlaqələndirilir. Yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzində kadr dəyişikliyi gözlənilir.
Səbinə Əliyeva – İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) vəzifəsini icra edir. Yayılan məlumatlara görə, o, növbəti dövr üçün bu posta yenidən seçilməyəcək. Qeyd edək ki, Ombudsman səlahiyyət müddəti bu ilin sonunda başa çatır.
Məzahir Pənahov – Mərkəzi Seçki Komissiyasının sədridir. Onun da adı mümkün kadr dəyişiklikləri siyahısında çəkilir. Uzun illər MSK-ya rəhbərlik edən Pənahov bu il aprel ayında sədr vəzifəsinə keçiriləcək seçkilərdə iştirak etməyəcəyi iddia olunur.
Qeyd edək ki, Məzahir Pənahov və Məleykə Abbaszadə 2000-ci ildən rəhbər vəzifəsində çalışır. Səbinə Əliyeva isə 2019-cu ildə Ombudsman seçilib.
Sara













